Siyasət erməni arxiyepiskopa baha başa gəldi: Polislər qardaşı oğlunu döydülər

      Siyasət erməni arxiyepiskopa baha başa gəldi:    Polislər qardaşı oğlunu döydülər
  15 Mart 2024    Oxunub:928
Ermənistanda siyasətə təsir gücünə malik olan ruhanilər sıxışdırılırlar.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Hraparak" nəşri yazır ki, ruhanilərə qarşı mübarizə artıq şəxsi məsələlər, ailə konteksinə qədər qalxıb. Məlumata görə, fevralın 23-də İrəvandan Gümrüyə ezam olunmuş polislər Şirak yeparxiyasının ruhani lideri, arxiyepiskop Mikael Acapaxyanın qardaşı oğlunu saxlayıb.

Məşhur erməni arxiyepiskop: "Paşinyan Allahsızdır"
"Narkotiklərlə mübarizə tədbirləri çərçivəsində 31 yaşlı kişi saxlanılıb. Məlum olub ki, o, arxiyepiskopun yaxın qohumudur. Onu ağır şəkildə döyəndən sonra isə buraxıblar. Acapaxyan bizimlə söhbətində bununla bağlı yayılan xəbərləri təsdiqlədi", - məqalədə yazılıb.

Erməni ruhani iddia edib ki, qardaşı oğlunu vəhşicəsinə döyən şəxslər paytaxtdan gəliblərmiş və onlar hansısa xüsusi idarəni təmsil ediblər. Mikaelin qardaşı oğlu ilə yanaşı Şirakda daha 15-20 nəfər də saxlanılıb: "Təbii ki, əvvəlcə onun ailə üzvlərini hədələyib, sonra döyüblər. Bunu İrəvan polisləri etdi. Gümrü polisinin baş verənlərə heç bir aidiyyatı yoxdur".

Məqalədə qeyd edilir ki, Acapaxyanın qardaşı oğlu memardır. Jurnalist "məlum insident onun hakimiyyəti kəskin şəkildə tənqid etməsi ilə bağlı olub-olmamasını da soruşub. Ruhani lider cavabında "bunu onlardan soruşun... Əgər 15-20 nəfər saxlanılır, ancaq bir nəfər döyülürsə, bunu başqa necə şərh etmək olar axı?" deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Arxiyepiskop  





Xəbər lenti