1/8 final başlayır

  28 İyun 2014    Oxunub : 560
1/8 final başlayır
Braziliyada keçirilən dünya çempionatında bu gecə 1/8 final mərhələsinə start veriləcək.
AzVision.az xəbər verir ki, bu gün baş tutacaq qarşılaşmalarda meydana yalnız Cənubi Amerika təmsilçiləri çıxacaq. Braziliya-Çili, Kolumbiya-Uruqvay oyunları futbol ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir.

Bakı vaxtı ilə saat 21:00-da Braziliya-Çili oyununa start veriləcək. Kolumbiya və Uruqvay qarşılaşması isə 01:00-da başlayacaq.

Emin

Teqlər: