Əlcəzairli nazirə COP29 barədə məlumat verilib

   Əlcəzairli nazirə COP29 barədə məlumat verilib
  14 Mart 2024    Oxunub:970
Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf Prezident Əbdülməcid Tebbunun adından Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb.
Bu barədə Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamikası yüksək qiymətləndirilib. Eyni zamanda, dinamik şəkildə inkişaf edən ikitərəfli əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlığın daha geniş sahələrə və istiqamətlərə şaxələndirilməsinin, xüsusən də iqtisadi sahədə dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı diqqətə çatdırılıb ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur və bu addımlar da həmin tarixi hadisə ilə eyni vaxta təsadüf edir.

Tərəflər öz regionlarında baş verən son hadisələri də müzakirə edib, bu yaxınlarda Əlcəzairin ev sahibliyi etdiyi Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 7-ci Zirvə toplantısının nəticələri kontekstində enerji keçidi məsələsi ilə bağlı aspektlər üzrə fikir mübadiləsi aparıblar.

Nazirliyin açıqlamasında, eyni zamanda, Azərbaycanın bu ilin noyabrında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumat verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti