Ödənişli yolda maşını “protiv” sürdü - Foto

   Ödənişli yolda maşını “protiv” sürdü  -    Foto
  12 Fevral 2024    Oxunub:515
Ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda axına qarşı avtomobil sürən şəxs tutulub.
AzVision.az Baş Dövlət Yol Polis İdarəsinə istinadən xəbər verir ki, “VAZ 2121” markalı 27-BU-310 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən şəxslə bağlı yayılan görüntü araşdırılıb.

Müəyyən edilib ki, özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs Xaçmaz rayon sakini Cavad Fərhadovdur. Etibarnamə olmadan idarə etdiyi avtomobillə nəqliyyat axınına qarşı yüksək sürətlə hərəkət edən Cavad Fərhadov baş verə biləcək ağır faciənin məsuliyyətini dərk etmədən törətdiyi əməli tələsməyi ilə əlaqələndirib. Kobud qayda pozuntularına yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


AzVision.az


Teqlər:





Xəbər lenti