İrandan FİFA-ya şikayət: hakim zəif idi

İrandan FİFA-ya şikayət: hakim zəif idi
  25 İyun 2014    Oxunub:1041
AzVision.az İTAR-TASS Agentliyinə istinadən xəbər verir ki, İranın Futbol Federasiyası (İFF) Braziliyada keçirilən Dünya Çempionatının qrup mərhələsində ölkə yığmasının Argentina komandası ilə oyunun hakimindən FİFA-ya rəsmi qaydada şikayət edib.
İyunun 21-də keçirilən E qrupunda ikinci turun görüşü 1:0 hesabı ilə argentinalıların qələbəsi ilə başa çatmışdır. Arbitrin kompensasiya etdiyi vaxtda yeganə qolu Lionel Messi vurub.

İFF-in baş direktoru Mehdi Məhəmməd-Nəbinin FİFA-ya göndərdiyi iki səhifəlik məktubda görüşü idarə etmiş serb hakim Milorad Majiçin zəif işlədiyi qeyd olunur. İran tərəfinin fikrincə, ikinci hissədə müdafiəçi Pablo Sabaletanın İran yarımmüdafiəçisi Aşkan Dejaqa qarşı kobud oyunundan sonra arbitr Argentina komandasının qapısına penalti təyin etməli idi.

İFF-in məktubunda deyilir: “Biz yaxşı oynadıq. Yalnız hakimin səhvi argentinalıların bizdən irəli çıxmasına imkan verdi”.

İran yığması iki turdan sonra bir xalla qrupda üçüncü yeri tutur, lakin pley-offa çıxmaq şansını hələ saxlayır. Bunun üçün yekun turda nigeriyalılar (dörd xal) argentinalılara uduzmalı (altı xal), iranlılar özləri isə 1/8 finalı keçmək şansını itirmiş Bosniya və Herseqovina komandasını (sıfır xal) daha böyük top fərqi ilə udmalıdırlar. Görüşlər çərşənbə günü keçiriləcək.


Teqlər:  





Xəbər lenti