Falkao “Real”a keçəcək

Falkao “Real”a keçəcək
  24 İyun 2014    Oxunub:1024
Fransanın “Monako” klubunun və Kolumbiya millisinin hücumçusu Radamel Falkao 2014-cü il Dünya Çempionatı bitəndən sonra Madridin “Real” klubuna keçəcək.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, 27 yaşlı kolumbiyalı hücumçu artıq Madrid klubu ilə razılığa gəlib.

Qeyd edək ki, zədə Falkaoya Dünya Çempionatında iştirak etməyə maneə olub. Falkao ötən mövsüm “Monako”nun heyətində 17 oyunda heyətə çıxıb və 9 qolun müəllifi olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti