İsrail HƏMAS liderlərini öldürməyi bir şərtlə dayandıra bilər

   İsrail HƏMAS liderlərini öldürməyi bir şərtlə dayandıra bilər
  25 Dekabr 2023    Oxunub:820
İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatının liderlərinin Qəzza zolağında saxlanılan girovlarla dəyişdirilməsi müqabilində onların qətlindən imtina etmək imkanını nəzərdən keçirir.
Bu barədə “Kan 11” telekanalı mənbələrə istinadən məlumat yayıb. İsrail rəhbərliyi HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfə toxunulmazlıq verilməsi imkanlarını öyrənir.

Sonra isə girovların azad edilməsi müqabilində onlar Qətərə və ya başqa ölkəyə deportasiya ediləcək. Kanalın həmsöhbətləri qeyd edib ki, bu ehtimal İsrailin hərbi və siyasi rəhbərliyi tərəfindən müzakirə edilir, lakin hələ də qəti təkliflər yoxdur.

Sinvar 2017-ci ildən HƏMAS-a rəhbərlik edir və hazırda Qətərdə yaşayan və təşkilatın siyasi bürosunun sədri İsmayıl Haniyəni radikalların lideri kimi əvəzləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti