Uitkoff Ukraynanın “problemli” ərazilərindən danışıb

“Bu regionlar rusdillidirlər, oradakı referendumlar insanların böyük əksəriyyətinin Rusiyanın hakimiyyəti altında olmaq istədiyini göstərib. Mən hesab edirəm ki, bu, münaqişənin əsas sualıdır”, - amerikalı rəsmi vurğulayıb.
Uitkoff bildirib ki, bu, əsas prioritetdir. Onun sözlərinə görə, heç kim bu barədə danışmaq istəməsə də, bu, həmişə problem olub.
- Bu otaqdakı fildir. Otaqdakı fil Ukraynanın konstitusiya məsələsidir ki, ərazilərdən imtinaya gəldikdə nəyi qəbul edə bilər. Ruslar faktiki olaraq bu ərazilərə nəzarət edirlər. Sual olunur ki, dünya bunların Rusiya əraziləri olduğunu tanıyacaqmı? Zelenski bunu etiraf etsə, siyasi cəhətdən sağ qala biləcəkmi? Bu, mütləq mənada, münaqişənin mərkəzi məsələsidir”, - ABŞ prezidentinin nümayəndəsi qeyd edib.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl dəfələrlə Kiyevin Moskvanın işğal etdiyi əraziləri, o cümlədən Krımı Rusiya kimi tanımağa razı olmayacağını vurğulayıb.
“Ərazilərə gəlincə, bu, yəqin ki, gələcək danışıqlarda həssas və çətin məsələlərdən biri olacaq. Bizim üçün qırmızı xətt Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin Rusiya kimi tanınmasıdır. Biz bununla razılaşmayacağıq”, - Zelenski bu həftə Finlandiya prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Uitkoff Ukrayna ərazilər