Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə olunub

Komitə sədri layihələndirmə və ya icazə sənədlərinin alınması mərhələsində hər hansı bir sual yaranarsa, Komitə öz səlahiyyətləri daxilində zəruri məsləhətlərini verməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, 2023-cü ildə “AzerTelecom” və “Kazahtelecom” telekommunikasiya operatorları Xəzər dənizinin dibindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Trans-Xəzər optik lifli rabitə xəttinin inşası və istismarı üçün birgə müəssisə yaratmaq barədə saziş imzalayıblar.
Gələcəkdə bu xətt Avropa ilə Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizini yaratmağı nəzərdə tutan Rəqəmsal İpək Yolu (“Digital Silk Way”) adlı böyük layihənin bir hissəsi olacaq.
AzVision.az
Teqlər: Qazaxıstan VOLS