Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
Nazirliyin məlumatına əsasən, ictimai asayiş keçikçiləri ötən gün həmçinin 18 avtomat, 3 tapança və 5 tüfəng aşkarlayaraq götürüblər. Eyni zamanda, 16 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkarlanıb.

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
AzVision.az