Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov bildirib ki, Azərbaycan diasporu özünün humanizm prinsipinə sadiq qalaraq kimsəsiz, autizmli, talassemiyalı və daun sindromlu uşaqlar üçün müxtəlif sosial layihələrdə iştirakını davam etdirir.
Novruz bayramında həyata keçirilən bu layihə, yalnız sevinc və təbəssüm paylaşmaqla kifayətlənməyib, həm də ictimai fərqliliyə dəstək və yaxınlıq nümunəsi göstərib. Bu kimi təşəbbüslər, cəmiyyətimizdə mərhəmət, birgəlik və dəstək mədəniyyətini gücləndirir.
AzVision.az