Günün oyunları: İtaliya və Fransa meydanda

Günün oyunları: İtaliya və Fransa meydanda
  20 İyun 2014    Oxunub:1441
Braziliyada keçirilən dünya çempionatının qrup oyunları davam edir.
AzVision.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutacaq.

D və E qruplarında yığmalar münasibətlərinə aydınlıq gətirəcək. İlk oyun D qrupunda keçiriləcək. İtaliya və Kosta Rika komandaları meydanda mübarizə aparacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

E qrupunun Fransa və İsveçrə komandaları isə saat 00:00-da meydana çıxacaq. Qrupun digər oyununda isə Ekvador və Honduras qarşılaşacaq. Oyunun start fiti saat 03:00-da veriləcək.

Emin



Teqlər:  





Xəbər lenti