Çempionat həyəcanı davam edir

Çempionat həyəcanı davam edir
  19 İyun 2014    Oxunub:1121
Dünya çempionatı öz həyəcanı ilə davam edir.
AzVision.az xəbər verir ki, ötən günlər kimi bu gecə də 3 qarşılaşma baş tutacaq.

C və D qruplarında yığma komandalar çempionatdakı ikinci oyunlarına çıxacaq. Öncə C qrupunda Kolumbiya və Fil Dişi Sahili milliləri qarşılaşacaq. Bakı vaxtıyla 21:00-da başlayan oyunda hər iki komanda qrupun liderinin adına aydınlıq gətirməyə çalışacaq.

Qrupun digər qarşılaşmasında Yaponiya və Yunanıstan komandaları mübarizə aparacaq. Oyun 03:00-da başlayacaq.
D qrupunda isə bir oyun keçiriləcək. Ilk oyunlarda məğlub olan Uruqvay və İngiltərə yığmaları qələbə uğrunda mübarizə aparacaqlar. Oyunda start fiti 00:00-da veriləcək.

Emin



Teqlər:





Xəbər lenti