Hollandlar sevinir, İspaniya şokda - VİDEO

Hollandlar sevinir, İspaniya şokda - VİDEO
  19 İyun 2014    Oxunub:1172
Dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçirilib.
AzVision.az-ın məlumatına görə, bu gün daha 3 oyun keçirilib.

B qrupunun ilk oyununda Avstraliya və Hollandiya yığmaları qarşılaşıb. Matç Hollandiyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda İspaniya Çili ilə üzləşib. Bakı vaxtı ilə saat 00:00-da start götürən oyun İspaniyanın məğlubiyyəti ilə başa çatıb - 0:2. Bununla da, İspaniya qrupdan çıxmaq şansını tamamilə itirib.

B qrupunda Hollandiya və Çili yığmaları son oyunun nəticəsindən asılı olmayaraq 1/8 finala çıxıblar.

A qrupunda Kamerun – Xorvatiya matçı baş tutub. Bakı vaxtı ilə saat 03:00-da başlayan görüş Xorvatiyanın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.



AzVision.az


Teqlər:  





Xəbər lenti