Messi qol vurdu, fransızlar sevindi-VİDEOLAR

Messi qol vurdu, fransızlar sevindi-VİDEOLAR
  16 İyun 2014    Oxunub:1220
Dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçirilib.
AzVision.az-ın məlumatına görə, E qrupunun ilk oyununda İsveçrə Ekvador yığması ilə qarşılaşıb. Matçda ilk qolu Ekvador millisi vursa da, İsveçrə təmsilçiləri hesabı bərabərləşdirə biliblər. Avropalılar görüşün son saniylərində qələbə qolunu vuraraq Ekvadoru 2:1 hesabı ilə məğlub ediblər.

Digər qarşılaşma Fransa ilə Honduras arasında keçirilib. Matçda fransızlar rəqibini darmadağın edərək meydandan qələbə ilə ayrılıblar. (3:0)

Günün ən maraqlı oyunu Argentina millisi ilə Bosniya və Herseqovina yığması arasında baş tutub. F qrupunun ilk görüşündə Lionel Messinin komandası rəqibini 2:1 hesabla məğlub edib.







AzVision.az


Teqlər:  





Xəbər lenti