Azərbaycan üçüncü oldu

Azərbaycan üçüncü oldu
  14 İyun 2014    Oxunub:1162
Azərbaycan şənbə günü Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniorların komanda birincliyində üçüncü yerə layiq görülüb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan ümumilikdə 94.364 bal toplayıb.

Hesabında 96.815 bal olan Rusiya birinci yeri tutub. Belarus isə 94.715 balla ikinci yerdə qərarlaşıb.

İyunun 13-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb.

Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.
Dünən seniorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirdikləri qrup komandalarının yarışında azərbaycanlı gimnastlar altıncı yeri turublar. Yekunda Azərbaycan yığması 34.050 bal toplayıb. Qızıl medala Rusiya komandası yiyələnib. Hakimlər onların çıxışlarını 36.566 balla qiymətləndiriblər. İkinci yerdə 34.749 balla İtaliya, üçüncü yerdə isə 34.383 balla İsrail komandaları qərarlaşıb.
Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.


Teqlər:





Xəbər lenti