Boksçumuz Avropa kəməri qazandı - FOTO

Boksçumuz Avropa kəməri qazandı -  FOTO
  08 İyun 2014    Oxunub:920
Peşəkar boksçumuz Fariz Məmmədov dünən gecə Almaniyada Avropa çempionluğu uğrunda revanş görüşünə çıxıb.
AzVision.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Fariz WBCA və WBO versiyaları üzrə Avropa kəməri uğrunda alman boksçu Markus Pelklə qarşılaşıb və qələbə qazanıb. Fariz 4-cü raundda rəqibini nakauta salıb.

Xatırladaq ki, keçən ilin dekabrında Bakıda keçirilən ilk döyüşdə Fariz zədə səbəbindən döyüşü yarımçıq başa vuraraq texniki məğlubiyyət alıb.



Teqlər:





Xəbər lenti