Portuqaliyada Ronaldo şoku

Portuqaliyada Ronaldo şoku
  05 İyun 2014    Oxunub:1414
Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldonun durumu narahatlıq doğurmağa başlayıb.
Qol.Az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ulduz futbolçunun zədəsinin daha ciddi ola biləcəyi iddia edilib. Bu səbəbdən Ronaldonun qarşıdan gələn dünya çempionatının bəzi oyunlarında meydana çıxmayacağı bildirilib.

Portuqaliya Futbol Federasiyasının yaydığı məlumata görə, əzələsini dartan 29 yaşlı hücumameylli yarımmüdafiəçinin dizində də problem ortaya çıxıb.

Dünən millidə hazırlığa başlayan Ronaldo komandadan ayrı, fərdi və yüngül məşqlər edib.

Portuqaliya ilə yanaşı İspaniya mətbuatı da yazıb ki, sol baldırında zədəsi olan Ronaldonun durumu daha ciddidir və onun bütün oyunlarda meydana çıxması risklidir.


Teqlər:





Xəbər lenti