Devid Bekhem futbola qayıda bilər

Devid Bekhem futbola qayıda bilər
  04 İyun 2014    Oxunub:2007
2012/2013 mövsümünün sonu futbolçu karyerasını başa vuran Devid Bekhem yenidən yaşıl meydanlara qayıda bilər.
AzVision.az xəbər verir ki, məşhur futbolçu "BBC"yə açıqlamasında bildirib ki, futboldan getdikdən sonra çox çətin dönəmlər yaşayıb. 39 yaşlı Bekhem yenidən futbola qayıtmasının da mümkün olduğunu söyləyib:

"Futbolçu karyeramı bitirdikdən sonra ilk zamanlar dincəldim. Amma sonradan bu durumdan sıxılmağa başladım. "Futbola qayıda bilirəmmi?" - deyə özümə suallar verirəm. Daha əvvəl həm klub sahibi, həm də futbolçu olan birini xatırlamıram. Bundan sonra niyə olmasın?".

Qeyd edək ki, D.Bekhem bu il Amerikada şəxsi futbol klubu yaradıb.


Teqlər:





Xəbər lenti