Bu il 4,6 tondan çox narkotik ələ keçirilib

   Bu il 4,6 tondan çox narkotik ələ keçirilib
  12 İyul 2023    Oxunub:808
Bu ilin 6 ayı ərzində qanunsuz dövriyyədən götürülən 4 ton 623 kq 028,027 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 430 min AZN kimi qiymətləndirilir.
Bu barədə AzVision.az -a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

"Təhlil göstərir ki, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 103, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 175, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt,məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 186 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 204 kq 707,107 qramdır.

O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 5, digər növ cinayət faktların sayı 27, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 40, qrup halında olan cinayətlərin sayı isə 31 fakt azalıb", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti