Olimpiadaya ilk lisenziyanı qazandıq

Olimpiadaya ilk lisenziyanı qazandıq
  01 İyun 2014    Oxunub:1065
Azərbaycan yığması Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirində ilk medalını qazanıb.

AzVision.az Apasport.az saytına istinadən xəbər verir ki, qızlar arasında 3000 metr məsafəyə qaçış yarışlarında atletimiz Behafeta Hadiyes gümüş medala sahib olmaqla yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Təmsilçimiz 3000 m məsafəni 9 dəqiqə 34 saniyəyə qət edib. Bu növdə turnirin qalibi Almaniya təmsilçisi Alina Reh olub (9 dəqiqə 26 saniyə). Rumıniyalı Maria Maqdalena İfteni bürünc medalla kifayətlənib (9 dəqiqə 36 saniyə).


Teqlər:





Xəbər lenti