Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrıla bilər

   Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrıla bilər
  13 İyun 2023    Oxunub:913
Süni mayalanma üçün dövlət büdcəsindən vəsaitin ayrılması təklif edilir.
AzVision.az xəbər verir ki, bu təkliflə deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxış edib.

O qeyd edib ki, süni mayalanma ilə əlaqədar ən azı ildə 200-250 nəfərlik üçün ayrılacaq məbləğ çox deyil. “Cəmiyyət arasında ciddi sıxıntılara səbəb olan bu məsələnin həll edilməsi dövlətimiz qarşısında o qədər də çətin məsələ deyil. Gələn ilin dövlət büdcəsində bu məsələnin nəzərə alınması məqsədəuyğun olar”, - deyə deputat əlavə edib.

R.Mahmudov bildirib ki, ölkədə övlad sahibi olmaq istəyən, amma imkanı olmayan şəxslər var. “Bu məsələ qaldırılanda “Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbul olunması təklif olunur. Amma bildirim ki, qanun olmadan da bu problemi həll edə bilərik. Uşaq sahibi olmaq insanın fiziki, əqli sağlamlığı cəhətdən dövlətin nəzarətində olmalıdır. Ona görə də gələn ilin dövlət büdcəsində buna maliyyə yardımının ayrılmasını təklif edirəm. Süni mayalanma ilə əlaqədar dövlət büdcəsindən ayrılan vəsait 1 milyondan o qədər də çox deyil. Ona görə də bu məsələyə diqqət yetirilməlidir”,- deyə o əlavə edib.

AzVision.az



Teqlər: Mayalanma  





Xəbər lenti