Sanya "Arsenal" dan getdi

Sanya "Arsenal" dan getdi
  30 May 2014    Oxunub:1357
İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Bakari Sanya klubdan gedəcyini açıqlayıb.
AzVision.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, müqaviləsi başa çatan təcrübəli müdafiəçi fikrinin qəti olduğunu bildirib: “Artıq gizlətməli bir şey yoxdur. “Arsenal”dan gedirəm. Məni komandada saxlamaq üçün əllərindən gələni etdilər, ancaq şərtlərdə razılığa gələ bilmədik”.

Fransalı futbolçu Dünya çempionatı başlayana qədər özünə yeni klub tapacağını deyib.

Qeyd edək ki, 31 yaşlı oyunçu 2007-ci ildən “Arsenal”ın şərəfini qoruyur

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti