Masallıda uşaq bağçası yararsız vəziyyətdədir - VİDEO
Korpuslardan biri qəzalı vəziyyətdə olduğuna görə fəaliyyəti dayandırılıb.
Hazırda fəaliyyətdə olan korpusda da pəncərə və qapılar qırıq vəziyyətdədir.
Bağçanın ən böyük problemlərindən biri də içməli su ilə bağlıdır. Müəllimlər su maşınlardan həftə ərzində 3 dəfə, 600 litr su alıb, xüsusi çənlərə doldururlar. Bu da onlara ay ərzində təxminən 100 manata başa gəlir.
Aidiyyəti orqanlar bağçanın problemlərindən xəbərdardılar. Gələcəkdə bağçanın su problemini aradan qaldırmaq üçün subartezian quyuların qazılması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda bağçada iki qrup fəaliyyət göstərir.
Daha ətraflı süjetdə:
AzVision.az
Teqlər: