PSJ Messiyə 100 milyonluq müqavilə təklif edəcək

PSJ Messiyə 100 milyonluq müqavilə təklif edəcək
  26 May 2023    Oxunub:1428
Fransanın PSJ klubu Lionel Messini heyətində saxlamaq üçün həlledici addım atmağı planlaşdırır.
Bu barədə jurnalist Fransua Qallardo məlumat verib. PSJ rəhbərliyi Messiyə “1+1” sxemi ilə ilinə 100 milyon avroluq müqavilə təklif edəcək. Paris klubunun Qətərdən olan rəhbərliyi argentinalı futbolçunun Səudiyyə Ərəbistanı çempionatına keçməsini istəmir.

Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Cari mövsüm Fransa təmsilçisinin heyətində 39 oyun keçirən futbolçu 20 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti