Rəqsanənin keçmiş kürəkəni həbs edildi

   Rəqsanənin keçmiş kürəkəni həbs edildi
  25 May 2023    Oxunub:1297
Müğənni Rəqsanənin keçmiş kürəkəni Eşqin Cəlilov həbs edilib.
AzVision.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, E.Cəlilov Rəqsanənin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl müğənni R. İsmayılova sosial şəbəkə hesabında canlı yayımda qızı Aysunun Eşqin tərəfindən döyülüb söyüldüyünü bildirmişdi.

Qeyd edək ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.

E.Cəlilovun həbs olunması haqda xəbəri ilk olaraq olay.az saytı yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti