Ayağı sınmış qadını binadan FHN-in xilasediciləri çıxardı

Ayağı sınmış qadını binadan FHN-in xilasediciləri çıxardı
  23 May 2023    Oxunub:1175
Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yaşayan vətəndaşın köməyə ehtiyacı yaranıb.
Bina sakini 1966-cı il təvəllüdlü N.İslatovanın ayağının sınması və ağır çəkili olması səbəbdən köməyə ehtiyacı olduğu müəyyən edilib.

Xəstənin təcili tibbi yardım maşınına aparılmasında yaranan çətinliklə bağlı FHN-in "112" qaynar telefon xəttinə məlumat verilib.

Hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qrupu təhlükəsizlik qaydalarına riayət etməklə qadını binanın həyətinə düşürərək Təcili Tibbi Yardım briqadasına təhvil verib.

AzVision.az



Teqlər:





Xəbər lenti