Dünyanın ən çox qazanan 25 yaşadək idmançıları müəyyənləşib

Dünyanın ən çox qazanan 25 yaşadək idmançıları müəyyənləşib
  17 May 2023    Oxunub:1785
Dünyanın ən çox qazanan 25 yaşadək beş idmançısının siyahısı dərc edilib.
AzVision.az “Forbes” nəşrinə istinadən xəbər verir ki, cədvələ Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe başçılıq edir.

Fransalı hücumçunun illik qazancı 110 milyon avrodur. Amerikan futbolçusu Kayler Murrey ən zəngin ikinci gənc idmançıdır. NFL-də çıxış edən “Arizona Kardinals” klubunun formasını geyinən 26 yaşlı Murrey ildə 64 milyon avro qazanır. İlk “üçlüy”ü “Formula 1” üzrə dünya çempionatında “Red Bull” komandasının şərəfini qoruyan Maks Ferstappen (58 milyon) tamamlayır.

İngiltərənin “Mançester Siti” klubunun norveçli futbolçusu Erlinq Holann illik 47 milyon avro gəlirlə siyahıda dördüncüdür. NBA-da mübarizə aparan “Dallas Maveriks”in basketbolçusu Luka Donçiç isə 42 milyonluq qazancla beşinci pillədə qərarlaşıb.

AzVision.az



Teqlər:





Xəbər lenti