Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi azadlığa buraxıldı

Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi azadlığa buraxıldı
  16 May 2023    Oxunub:1342
Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin keçmiş böyük müstəntiqi Müşfiq Abbasovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar ləğv olunub.

Qərara əsasən, onun Cinayət Məcəlləsinin 32.4 və 312.2 (rüşvət verməyə təhrik etmə) maddəsi ilə məhkum edilməsinə dair hissədə CPM-nin 39.1.2-ci maddəsinə əsasən icraata xitam verilib.

Buna görə də Müşfiq Abbasovun cəzaçəkmə müəssisəsindən azad olunması ilə bağlı qərar verilib.

Xatırladaq ki, Müşfiq Abbasov 12 iyun 2014-cü il tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.

Toplanmış materiallarla Müşfiq Abbasova Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq), 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Abbasov verilmiş ittihamlarla təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi 73 min 716 manat məbləğində dəymiş ziyanın bir hissəsinin ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini nəzərə alaraq dələduzluq ittihamına xitam verilib.

Qərara əsasən, Müşfiq Abbasov rüşvət verməyə təhriketmə ittihamı ilə təqsirli bilinərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.(APA)

AzVision.az



Teqlər:





Xəbər lenti