10 velosipedçi finala çıxdı – FOTOLAR

  28 May 2014    Oxunub : 881
10 velosipedçi finala çıxdı – FOTOLAR
“SharkHead / velopeople” İdman Klubu Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyilə dağ velosipedinin (MTB) “X-Ride” cross-country növü üzrə həvəskarlar arasında açıq Bakı kuboku yarışı təşkil edib. Yarış 6 mərhələdən ibarətdir.
Reqlamentə əsasən, hər mərhələdə iştirakçılar xallar toplayır və 6 mərhələnin yekununa əsasən ən çox xal toplayan 10 velosipedçi oktyabrda keçiriləcək final mərhələsində iştirak hüququ əldə edəcək. ilk mərhələ Xocahəsən gölünün yanında, 2015-ci il ilk Avropa Oyunlarının dağ velosipedi üzrə yarışlarının keçiriləcəyi trasda baş tutub.

Nəticələrə gəlincə, Pərviz İlyasov (10 xal), Rauf Dünyamalıyev (9 xal) və Amil Əbdülhəsənov (8 xal) ilk 3 pilləni tutublar. Qaliblər yarışın baş sponsoru “United Sport” idman malları mağazası tərəfindən qiymətli hədiyyələrlə təltif ediliblər. 2-ci mərəhlə iyunun 8-də Zığ şossesindəki “Gənclk” parkında keçiriləcək.

Foto


Teqlər: