Messi üzr istədi
“ İlk növbədə komanda yoldaşlarımdan və klubun bütün heyətindən üzr istəyirəm. Düzünü desəm, əvvəlki həftələrdə olduğu kimi oyundan sonra bir gün istirahət edəcəyimizi düşünürdüm. Səudiyyə Ərəbistanına bu səfəri əvvəlcədən təşkil etmişdim və onu ləğv edə bilməzdim. Yenə deyirəm, etdiyim işdən peşmanam və istənilən qərarı qəbul edirəm".
Qeyd edək ki, Messi Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün iki həftəlik komandadan kənarlaşdırılıb. O, Fransa çempionatında"Trua" və "Ayaçço" ilə oyunları buraxacaq.
AzVision.az
Teqlər: