Rəisi neçə ildən sonra Suriyaya gedir

   Rəisi neçə ildən sonra Suriyaya gedir
  03 May 2023    Oxunub:1050
İran prezidenti İbrahim Rəisi Suriyaya gedib. Bu, 2011-ci ildə ölkədə münaqişə başlayandan bəri İran prezidentinin Suriyaya ilk səfəridir.
Suriyanın “Əl-Vətən” qəzeti daha əvvəl yazıb ki, Rəisinin səfəri iki gün davam edəcək. Səfər çərçivəsində İran və Suriya prezidentləri iki ölkə arasında strateji əməkdaşlığın, xüsusilə də iqtisadi sahədə gücləndirilməsi üçün rəsmi danışıqlar aparılacaq.

Qəzetin məlumatına görə, Rəisinin səfəri zamanı İran və Suriya arasında iqtisadi sahədə çoxlu sayda saziş və anlaşma memorandumu imzalanacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti