Ermənistan nümayəndə heyəti Ankaraya gedəcək

   Ermənistan nümayəndə heyəti Ankaraya gedəcək
  03 May 2023    Oxunub:1285
Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün hökumət təyyarəsi ilə Türkiyəyə gedəcək.
Bu barədə “Hraparak” qəzeti yazır.

“Bizə həmçinin məlumat verildi ki, Ukrayna öz ərazisində hərbi əməliyyatlara görə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Assambleyasında sədrlikdən istefa verə bilər.Belə olan halda, ola bilsin ki, Ermənistana keçəcək”, - qəzetdə məlumat verilir.

Qeyd edilir ki, millət vəkilləri Babken Tunyan və Gevorq Papoyan da Ankaraya gedəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Türkiyə   Ermənistan  





Xəbər lenti