Rusiyada güclü yanğın - Video
Temryuk rayonunun rəhbəri Fedor Babenkov bildirib ki, hazırda yanğın sahəsi 1200 kvadratmetrə çatıb.
"Volna kəndindəki qəza yerinə getdim. Xüsusi təyinatlılar "Tamannefteqaz" müəssisəsinin ərazisində işləyirlər. Yanğın sahəsi 1200 kvadratmetrdir, itki yoxdur"- deyə Babenkov bildirib.
TASS-ın məlumatına görə, rezervuarda yanğına səbəb pilotsuz uçuş aparatının düşməsi olub.
Şahanə Rəhimli
AzVision.az