"Tinder" bu yay Rusiyanı tərk edir

"Tinder" bu yay Rusiyanı tərk edir
  02 May 2023    Oxunub:1140
"Tinder" tanışlıq xidmətinin sahibi olan "Match Group" iyunun 30-dək Rusiyadan çıxmasını başa çatdıracaq.
"Reuters" xəbər verir ki, bu barədə "Match Group"un illik hesabatında deyilir. “Biz insan hüquqlarının qorunmasına sadiqik. Brendlərimiz Rusiyada öz xidmətlərinə çıxışı məhdudlaşdırmaq üçün addımlar atır və 2023-cü il iyunun 30-dək Rusiya bazarından çıxışlarını başa çatdıracaqlar”, – şirkətdən bildiriblər.

"Match Group" həmçinin Hinge və PlentyOfFish tanışlıq proqramlarının sahibidir.

AzVision.az


Teqlər:





Xəbər lenti