Almaniyada 7 milyon işçi çatışmazlığı yaranacaq

   Almaniyada 7 milyon işçi çatışmazlığı yaranacaq
  02 May 2023    Oxunub:1422
Almaniyanın Əmək və Sosial Məsələlər naziri Hubertus Hayl, təcili tədbirlər görülmədiyi təqdirdə Almaniyada işçi çatışmazlığının olacağını proqnozlaşdırdı. Onun proqnozuna görə, 2035-ci ilə qədər işçi qüvvəsi çatışmazlığı 7 milyon nəfərə çata bilər.
Bu barədə Financial Times yazıb. "12 ildən sonra Almaniya iqtisadiyyatında 7 milyon işçi çatışmazlığı olacaq ki, bu da iqtisadiyyatımızın inkişafına mane ola bilər"-, nazir bildirib.

Almaniya hökuməti miqrantları vakant yerlərə cəlb etməyi xeyli asanlaşdıran qanun layihəsi hazırlayıb. Buna əsasən, bundan sonra miqrantlardan alman peşə təhsili tələb olunmayacaq. Bundan əlavə, səlahiyyətlilər miqrantların alman cəmiyyətinə inteqrasiyasına kömək edəcəklər.

Hakimiyyət orqanları tərəfindən baxılmaq üçün təqdim edilən ikinci qanun layihəsi mühacirlərə Almaniya vətəndaşlığını alarkən öz ölkələrinin pasportundan imtina etməməyə imkan verəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti