Nazirlərin Vaşinqton görüşü olub - YENİLƏNİB |
Bundan əlavə, müəllif iddia edib ki, Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqazla bağlı diplomatiyaya böyük diqqət ayırır. Amma onun səyləri birmənalı olaraq Azərbaycana deyil, Ermənistana faydalı olur.
"Wall Street Journal" Azərbaycanın tərəfdaşları ilə əməkdaşlığının sürətlə inkişaf etdiyini də yazıb.
Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev Azərbaycanın neft və qaz tədarük etdiyi Avropa ilə iqtisadi əlaqələri gücləndirməklə yanaşı, eyni zamanda Türkiyə və İsraillə də dərin və güclü müdafiə əlaqələri qurub.
Konkret olaraq sülhün əldə olunmasının uzanmasına gəldikdə isə günah İrəvandadır.
“Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər problem həll olunmayacaq. Amma Ermənistanın baş naziri Nikol Paşinyan belə bir addıma hazır görünmür. Əgər Ermənistan qərar verib fikrini dəyişsə, ABŞ-la müttəfiqləri Qarabağ ermənilərinin rifahı üçün Bakı və İrəvanla əməkdaşlıq edə bilər". - Doran yazıb.
Müəllif onu da vurğulayıb ki, Blinken üçün arzuolunmaz hal odur ki, senator Bob Menendez və Adam Şiff kimi Amerikadakı erməni icmasının bir çox nüfuzlu dostları İrəvana sülh istiqamətində təzyiq göstərməkdən imtina edirlər.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan mediasında da oxşar mövzuda yazı dərc edilmişdi. "Hraparak" nəşri ABŞ-ın İrəvana sülh mövzusunda təzyiqlər etdiyini yazmışdı.
Tural Tağıyev
AzVision.az