Fransada nümayişlərdə 500-dən çox insan saxlanılıb
"Bazar ertəsi Fransada genişmiqyaslı 1 May nümayişləri keçirilib. Parisdə yürüş başlayandan dərhal sonra qara blok radikalları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında şiddətli toqquşmalar baş verib, polis gözyaşardıcı qazdan, daha sonra isə su şırnaqlarından istifadə edib. Radikallar hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişənglər, peyntbollar və butulkalar atıb, həmçinin bankların və digər müəssisələrin şüşələrini sındırıblar".
Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün Fransada nümayişlərdə 700 mindən çox, Parisdə isə 112 min insan iştirak edib.
Aprelin 14-də Fransanın Konstitusiya Şurası ölkədə pensiya yaşının 2030-cu ilə qədər tədricən 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatı qanun layihəsinin əsas maddəsini təsdiqləyib. Həmin gün Fransa prezidenti Emmanuel Makron qanunu imzalayıb.
Pensiya islahatları haqqında qanun pensiya yaşının artırılmasını və bir sıra çətin peşələr üçün “xüsusi” rejimlərin ləğvini təklif edir. Hakimiyyət 2023-cü il sentyabrın 1-dən pensiya yaşını ildə üç ay artırmağa başlayacaq.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Fransa