Separatçılar arasında yeni xaos - Xankəndidə 3 cəbhə formalaşıb |
Nəşr bir müddət öncə Azərbaycanın sərt təpki və təzyiqlərindən sonra Xankədidəki "vəzifəsindən" qovulan təxribatçı Ruben Vardanyanın da adını xatırladıb. Müəllif iddia edir ki, son günlər yerli ermənilər arasında Azərbaycana qarşı başladılan yeni imza kampaniyası - "hərəkatın" arxasında keçmiş "dövlət naziri" Ruben Vardanyan dayanır.
Qeyd edək ki, "Hraparak"ın adını çəkdiyi Samvel Babayan 1994-2000-ci illərdə qondarma rejimin "müdafiə ordusunun" rəhbəri olub. Bir neçə aydır ki, erməni mediası Babayanın Xankəndidə mühüm vəzifə tutmağa hazır olduğunu yazır. Qarabağda olan əksər separatçılar isə ona qarşı çıxırlar. Hətta siyasətçilərdən biri "Samvel Nikol Paşinyanın tezislərini gündəmə gətirir” deyib.
Ruben Vardanyan isə ötən il Rusiyadan Xankəndiyə bəlli məqsədlər üçün göndərilmişdi. Onun Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakının bu siyasi oyuna sərt şəkildə təpki verməsi nəticəsində Vardanyan vəzifədən uzaqlaşdırıldı.
Tural Tağıyev
AzVision.az