Berlində polislə etirazçılar arasında toqquşma olub

   Berlində polislə etirazçılar arasında toqquşma olub
  02 May 2023    Oxunub:1126
Almaniyanın paytaxtı Berlində 1 May Əmək və Həmrəylik Günündə solçu qrupların təşkil etdiyi aksiyada polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.
Neukölln rayonundakı Boddin küçəsində toplaşan minlərlə insan daha sonra Kreuzberg rayonundakı Oranien meydanına doğru yürüş edib. Aksiya boyu nümayişçilər polis əleyhinə şüarlar səsləndiriblər.

Nümayiş təşkilatçıları Kottbusser Tor meydanına gələndə polisin çoxluğunu əsas gətirərək yürüşü erkən bitiriblər. Daha sonra polislə nümayişçilər arasında əlbəyaxa dava düşüb. Polis bir çox aksiyaçını saxlayıb.

Yürüşdə 6 min 300 polis iştirak edib. Polis nümayişə 12 min adamın qatıldığını bildirsə də, təşkilatçılar bu rəqəmin 20 min olduğunu iddia edib.





AzVision.az


Teqlər:





Xəbər lenti