Dünya Çempionatının oyun saatları AÇIQLANDI

Dünya Çempionatının  oyun saatları  AÇIQLANDI
  26 May 2014    Oxunub:1733
Braziliyada gələn ay başlayacaq futbol üzrə dünya çempionatında 32 yığma 8 qrupda mücadilə edəcək. Turnirdə ən çox komandayla Avropa təmsil olunur.
“Köhnə qitə”ni bu yarışda 13 yığma təmsil edəcək. Amerika qitəsi 10 yığmayla, Afrika 5, Asiyanın isə 4 yığması yarışda qüvvəsini sınayacaq.

Dünya kubokunun açılış oyunu 12 iyunda Braziliya və Xorvatiya arasında keçiriləcək oyunla baş tutacaq. Bu çempionatının oyunları Bakı vaxtıyla 21:00, 00:00, 01:00, 03:00, 06:00 radələrində oynanacaq.

Turnirdə mücadilə aparacaq yığmaların konfederasiyalar üzrə qruplaşması belədir:

Avropa: Almaniya, Belçika, Bosniya və Herseqovina, Fransa, Xorvatiya, Hollandiya, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, Portuqaliya, Rusiya, Yunanıstan

Afrika: Əlcəzair, Fildişi Sahili, Qana, Kamerun, Nigeriya

Şimali, Orta Amerika ve Karaib: ABŞ, Honduras, Kosta Rika, Meksika

Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Kolumbiya, Çili, Uruqvay

Asiya: Avstraliya, Cənubi Koreya, İran, Yaponİya

QRUPLAR

A Qrupu: Braziliya, Xorvatiya, Meksika, Kamerun

B Qrupu: İspaniya, Hollandiya, Çili, Avstraliya

C Qrupu: Kolumbiya, Yunanıstan, Fildişi Sahili, Yaponiya

D Qrupu: Uruqvay, Kosta Rika, İngiltərə, İtaliya

E Qrupu: İsveçrə, Ekvador, Fransa, Honduras

F Qrupu: Argentina, Bosniya və Herseqovina , İran, Nigeriya

G Qrupu: Almaniya, Portuqaliya, Qana, ABŞ

H Qrupu: Belçika, Əlcəzair, Rusiya, Cənubi Koreya

Emin


Teqlər:  





Xəbər lenti