Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlandı

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlandı
  19 Aprel 2023    Oxunub:1167
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 44 000 borcalana 2 milyard 566,533 milyon manat kredit verib.
AzVision.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 349,759 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 337 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti