Qu quşlarının ovlanması ilə bağlı cinayət işi başlanılıb

Qu quşlarının ovlanması ilə bağlı cinayət işi başlanılıb
  18 Aprel 2023    Oxunub:893
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ov etmə faktı ilə bağlı araşdırma aparılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Şabran rayonu ərazisində yerləşən ovçuluq təsərrüfatının ərazisində “Harayçı qu”, habelə ovlanması tamamilə qadağan olunmuş Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş “Fısıldayan qu” quşlarının qanunsuz olaraq ovlanması nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 258.2.1 (külli miqdarda ziyan vurnaqla qanunsuz ov etmə) və 258.2.3-ci (ovlanması tamamilə qadağan edilmiş quşları ovlama) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

AzVision.az



Teqlər: Ov  





Xəbər lenti