Diplomatik kommunikasiyada inqilab – KARİKATURA

// İran şənbə günü notanı hansı yollarla göndərə bilərdi?!

   Diplomatik kommunikasiyada inqilab –    KARİKATURA
  03 Aprel 2023    Oxunub:1659
Şənbə günü, heç bir rəsmi diplomatik qurumun işləmədiyi vaxtda Tehran Bakıya notanı hansı vasitləylə yollaya bilərdi?! İki gündür üləmalar və hükəmalar bu sualın üstündə baş sındırsalar da, hələ ki, ortaya tam ağlabatan bir versiya çıxmayıb.
Ehtimallardan birinə görə, məsələn, notanı səfirliyin qarşısındakı işləməyən poçt qutusuna salıb, oturub Novruzəli kimi gözləyə bilərdilər.
İran səfiri XİN-ə çağırıldı, cavab notası verildi

İkinci ehtimala görə, notanı aftafaya qoyub, Bakıya çatacağı ümidilə Xəzər dənizinə buraxıblar.

Üçüncü variant notanın mollaların çox sevdiyi şirin quyruğuna bağlanmasını nəzərdə tutur.

Bizə üçüncüsü daha real göründüyündən, hələlik onu canlandırmağa çalışmışıq.




Teqlər:   İran   Nota  





Xəbər lenti