KİV: "Əfqanıstandakı xaş-xaş qadağası Avropanı fəlakətlə üzələşdirə bilər"
Ekspertlər qorxurlar ki, Avropada heroin bazarı tezliklə tədarük çatışmazlığı ilə üzləşə bilər və bu vakuum “daha ciddi bir şey”lə doldurula bilər.
Məqalədə deyilir: “Xaş-xaşın ehtimal olunan çatışmazlığı cinayətkarlara fentanil kimi sintetik opioidləri çarəsiz narkomanlara satmaq üçün daha sərfəli edə bilər”.
Nəşr vurğulayıb ki, Talibanın ölkədə xaşxaş becərilməsini qadağan etmək qərarı ictimai sağlamlıq üçün ciddi təhlükə yarada bilər, çünki təbii heroini əvəz edəcək sintetik opioidlər ondan qat-qat güclüdür. Məsələn, fentanil hər il Amerikada on minlərlə insanın həyatına son qoyur. 2020-ci ildə ABŞ-da fentanilin həddindən artıq dozası nəticəsində 58,000-dən çox insan ölüb və 2022-ci ilə qədər ölkədə sintetik opioidlərdən ölənlərin sayı 68,000-ə yüksəlib.
Avropada istehlak edilən heroinin demək olar ki, hamısı Əfqanıstandan gəlir. Talibanın xaşxaş becərməsinə qadağası yaxın həftələrdə qüvvəyə minəcək. Talibanın bu qərarı hələ ötən ilin aprelində verilmişdi.
AzVision.az
Teqlər: