Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, bütün ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, səfərlərinin məqsədindən asılı olmayaraq, Rusiya ərazisini tərk etməlidirlər. “Əgər siz Rusiyadasınızsa - iş və ya istirahət üçün, səfərin məqsədindən asılı olmayaraq - indi tərk etməlisiniz”. Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Rusiyadakı bütün Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində ABŞ-ın məşhur “Wall Street Journal” dərgisinin müxbiri Evan Gerşkoviç casusluqda şübhəli bilinərək saxlanılıb. Bildirilib ki, E.Gerşkoviç Rusiyada yerli fəalların “Vaqner” Xüsusi Hərbi Şirkətinin fəaliyyətinə münasibətinə dair material hazırlayırmış.
AzVision.az