FTB Trampın keçmiş arvadı ilə bağlı iki il araşdırma aparıb
İstintaqın bir neçə ölkəni əhatə etdiyi qeyd edilib. Belə ki, Amerikanın Kanada və Avropa ölkələrindəki attaşelərindən İvana Trampın ABŞ-a necə köçməsi ilə bağlı ətraflı məlumat almaq istənilib.
FTB Donald Trampın birinci həyat yoldaşından boşanması ilə bağlı məhkəmə sənədlərini təhlil edib. 1990-cı il tarixli sənəd Çexoslovakiya kəşfiyyatı ilə əlaqəli olan şəxsin axtarışına aiddir. Onun uydurma evliliklər təşkil etdiyi və İvana ilə əlaqəli olduğu iddia edilir. Lakin qadına qarşı heç bir ittiham irəli sürülməyib.
Bloomberg, FTB-dən İnformasiya Azadlığı Aktı çərçivəsində İvan Trampla bağlı mövcud sənədləri istəyib. Onlar təsdiqləyiblər ki, ümumilikdə 900-ə yaxın səhifəlik sənədlər var və onların ictimailəşdirilməsinə təxminən beş il vaxt lazımdır. Mətbuat nəşri sürətləndirmək üçün məhkəməyə müraciət edib. Bundan sonra FTB ABŞ-ın eks-prezidentinin birinci həyat yoldaşının işindən 190 səhifə dərc edib. İvana Tramp ötən ilin yayında vəfat edib.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: