Kabildə partlayış: 6 nəfər ölüb
![Kabildə partlayış: 6 nəfər ölüb Kabildə partlayış: 6 nəfər ölüb](https://azvision.az/photos/2023/03/13961211000357_Test_PhotoI_1532409253-1679919805.jpg)
Zadran qurbanların dəqiq sayını açıqlamayıb. Onun iddiasına görə, insident Kabilin mərkəzindəki Malik Əsgər meydanında baş verib. Partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. O, yerli təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən məhv edilib.
Taliban hərəkatı tərəfindən təyin edilmiş yerli administrasiyanın nümayəndələri hələlik Kabildə partlayışla bağlı məlumatı şərh etməyiblər.
Bundan əvvəl Emergency beynəlxalq tibb təşkilatı "Twitter"də Əfqanıstan Xarici İşlər Nazirliyinin Kabildəki binası yaxınlığında baş vermiş partlayış nəticəsində azı 2 nəfərin öldüyünü, biri uşaq olmaqla 12 nəfərin yaralandığını bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: