Məqalədə deyilir ki, Kreml bu yolla Vaşinqton və Qərbin Ukrayna münaqişəsinə müdaxiləsini və Kiyevə silah tədarükünü davam etdirəcəyi təqdirdə əks tədbirlər görəcəyini göstərməyə ümid edir.
"Rusiya nüvə silahı yerləşdirməkdən imtina etməyəcək" - Peskov |
Xatırladaq ki, martın 25-də Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisinin iyulun 1-dək başa çatacağını elan edib. ABŞ hələ ki, Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əlamətlərini görmür. Avropa diplomatiyasının rəhbəri Cosep Borrell Avropa İttifaqının yeni anti-Rusiya sanksiyaları tətbiq etməyə hazır olduğunu açıqlayıb. Almaniya Xarici İşlər Nazirliyi Putinin açıqlamasını nüvə hədəsi cəhdi adlandırıb. Fransa isə Rusiyanı öz qərarına yenidən baxmağa çağırıb.
Tural Tağıyev
AzVision.az