İbrahimoviç Azərbaycan ilə oyunu buraxa bilər

   İbrahimoviç Azərbaycan ilə oyunu buraxa bilər
  26 Mart 2023    Oxunub:1138
Futbol üzrə İsveç yığmasının kapitanı Zlatan İbrahimoviç “Avro-2024”ün Azərbaycan millisinə qarşı seçmə mərhələ oyununu buraxa bilər.
AzVision.az xəbər verir ki, 42 yaşlı hücumçu zədə səbəbindən komandasının son məşqində iştirak etməyib. Əvəzində isə xəstəlikdən sağalan Albin Ekdal sıraya qayıdıb.

Qeyd edək ki, martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti